Hal hazırda zeytun emal zavodunda Olivea ilk soyuq sıxım, Olivea soyuq sıxım, duza qoyulmuş yaşıl və qara zeytun istehsal olunur. Zeytun bağlarımızın əksəriyyəti Arbequina, Arbosana, Picual kimi ispan sortlu zeytundan ibarətdir. Lakin biz, eyni zamanda, digər zeytun sortlarını da sınaqdan keçirdik: fransız sortları olan Aglandaou, Bouteillan, Tanche; italyan sortu olan Leccino, Frantoio, Coratina, Carboncella, Maurino; yerli sortlar: Abşeron, Bakı.
Xətt vasitəsilə yağın doldurulması İtalyan istehsalçısı Polaris, fasiləsiz istehsala zəmanət verir və məhsulun estetik görünüşünü təmin edir. Model: POLARIS AUTOMAZIONI B6 İstehsal gücü: saatda 1500 şüşə İstehsalçı ölkə: İtaliya
Olivea Soyuq sıxım zeytun yağı bütün faydalı xüsusiyyətləri qoruyan texnologiya vasitəsi ilə istehsal olunur. Pieralisi markalı avadanlıq bütün dünyada məşhurdur. Pieralisi-nin İtaliya, İspaniya, Yunanıstan, Hollandiya, Tunis, Almaniya, Braziliya, ABŞ kimi ölkələrdə nümayəndəlikləri mövcuddur. Model: 4 xəttli model: PIERALISI LEOPARD 10 1 xəttli model: PIERALISI LEOPARD 6 İstehsalçı ölkə: İtaliya