image

Dünyanın hər yerindən ən yaxşı istehsalçıları bir araya gətirən “Dubai Olive Oil Competition” müsabiqəsində, “Grand Agro" şirkətinin yüksək texnologiyaların tətbiqi ilə istehsal etdiyi "Olivea Extra Virgin Olive oil" məhsulumuz bütün növ zeytun yağları üzrə ən yüksək pilləyə layiq görülərək, QIZIL MEDAL qazanıb!  Bu böyük uğur, məhsullarımızın beynəlxalq səviyyədə yüksək keyfiyyətini və mükəmməlliyini bir daha təsdiqləyir.

Bu qələbə, "Olivea" markasının beynəlxalq səviyyədə üstünlüyünü bir daha təsdiq edib və Azərbaycanın zeytun yağı istehsalında potensialını nümayiş etdirib. "Olivea Extra Virgin Olive Oil" məhsulunun qızıl medal qazanması, "Grand Agro" şirkətinin keyfiyyətə və mükəmməlliyə sadiqliyinin, eləcə də innovativ istehsal metodlarının birbaşa nəticəsidir. Bu nailiyyət, "Olivea"nın dünya bazarında daha da tanınmasına və nüfuzunun artmasına böyük təkan verəcəkdir.